Home » İZİA-nın Peşə Təhsil Mərkəzində Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb

İZİA-nın Peşə Təhsil Mərkəzində Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb

by anar
0 comments 1 views 0 minutes read

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq Tələbə Gənclər Təşkilatı yaradılıb. Bununla əlaqədar olaraq, fevralın 14-də təşkilat sədrinin, sədr müavinlərinin və katibinin seçilməsi məqsədi ilə seçki keçirilib.

Mərkəzdə “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alan Yusif Şıxəliyev tələbələrin səs çoxluğu ilə təşkilatın sədri seçilib.

Tələbə Gənclər Təşkilatının yaradılmasında məqsəd tələbələrin ictimai aktivliyinin inkişaf etdirilməsi, onların idarəetmə bacarıqlarının formalaşdırılması, hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin təhsil müəssisəsində təhsil alan gənclərin Peşə Təhsil Mərkəzinin, eləcə də respublikasının sosial-ictimai həyatında aktiv iştiraklarının təmin edilməsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.