Joe Biden: “Amerika inflyasiyanı nəzarətdə saxlayacaq, ancaq bu asan olmayacaq”

ABŞ-ın prezidenti Joe Biden bazar günü ölkə iqtisadiyyatının istiqaməti ilə bağlı olaraq optimist fikirdə olduğunu deyib. Amerikanın tarixən yüksək inflyasiyanı cilovlaya biləcəyini və Federal Ehtiyatın (FED) tənəzzülə getmədən iqtisadi artımı yavaşlatmaqla “yumşaq eniş” əldə edəcəyinə ümid etdiyini söyləyib.

“Mən Amerikalı insanlara demək istəyirəm ki, biz inflyasiyanı nəzarətdə saxlayacağıq”, – deyə Prezident bazar günü axşamı CBS-nin “60 Minutes” – 60 dəqiqə verilişindəki müsahibəsində bildirib.

ABŞ-da inflyasiya 1980-ci illərin əvvəlindən bəri özünün ən yüksək səviyyəsinə qalxıb. Bura isə müxtəlif faktorlar daxildir – pandemiya, təchizat problemi, Rusiyanın Ukraynaya hücumu – qlobal iqtisadiyyata təsir edib.

O, deyib ki, inflyasiyanın qiyməti ilə bağlı ən pis ssenari artıq sona çatıb: “Gəlin, bu perspektivdən baxaq. İnflyasiya az olsa da aybaay aşağı enir”. Biden əlavə edib ki, prezidentliyindən bu yana ABŞ əmək bazarına 10 milyon iş yeri əlavə edilib və yarımkeçirici sənayesinə investisiya edilib”.

“Eyni zamanda, biz bu işləri yaratdıq, qiymətlər yüksəldi, ancaq enerji qiymətləri aşağı endi”, – o, müsahibəsi çərçivəsində deyib.

60 dəqiqə verilişində müsahibəsində əlavə edib ki, o inanmır ki, iqtisadiyyat yaxşıya getməmişdən əvvəl pis yönə gedəcək.

İqtisadçılar isə gözləyirlər ki, Mərkəzi Bank (FED) faiz dərəcələrini 3-cü dəfə ardıcıl olaraq 75 baza bəndi artıracaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır