Home » JPMorgan Chase-in pessimist proqnozundan sonra, ABŞ prezidenti açıqlama verib

JPMorgan Chase-in pessimist proqnozundan sonra, ABŞ prezidenti açıqlama verib

by bbnadm
0 comments 0 views 1 minutes read

“Düşünmürəm ki, iqtisadi tənəzzül ola bilər, əgər olsa bu çox yüngül olacaq. Biz tədricən aşağı düşəcəyik (inflyasiyanı nəzərdə tutur-red.)”.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda çərşənbə axşamı CNN-də Jake Tapper ilə müsahibəsində ABŞ-ın prezidenti Joe Biden deyib.

“Hər 6 ayda onlar bunu deyirlər. Hər 6 ayda onlar nə baş verdiyi haqqında danışırlar”, – Biden müsahibəsində deyərək, ABŞ-ın ən böyük banklarının sonuncu iqtisadi proqnozlarına istinad edib.

“Ancaq bu hələ də baş vermədi. Baş vermədi”, – deyə prezident əlavə edib. 

Amerikanın beynəlxalq investisiya bankı və maliyyə xidmətləri holdinqi JPMorgan Chase-in CEO-su Jamie Dimon isə bazar ertəsi günü CNBC-də müsahibəsi çərçivəsində bildirmişdi ki, 6-9 ay içərisində iqtisadi tənəzzül ola bilər. 

Dimon xəbərdarlıq edərək əlavə etmişdi ki, 2023-cü ilin ortasında çox, çox ciddi dalğa ola bilər, bu, həm ABŞ, həm də qlobal iqtisadiyyatı iqtisadi tənəzzülə apara bilər.

Böyük bankların belə düşünməsinə səbəb isə Mərkəzi Bankın – FED siyasəti ilə bağlıdır, belə ki, qurum inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrini aqressiv şəkildə artırmağa davam edir. Sentyabrda ABŞ-ın Mərkəzi Bankı faiz dərəcələrini yüksəltməklə bağlı qərar qəbul etmişdir, hazırda faiz dərəcələri isə 3%-dən 3.25%-ə qədərdir. Noyabrda isə daha bir iclasın olacağı gözlənilir.    

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.