Home » “JPMorgan Chase” kibercinayət ilə bağlı məsələdə ittiham edilir

“JPMorgan Chase” kibercinayət ilə bağlı məsələdə ittiham edilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-ın ən böyük maliyyə qurumlarından olan “JPMorgan Chase & Co.” məhkəməyə verilib. Bankı məhkəməyə verən qarşı tərəf isə məşhur “Ray-Ban” eynəklərinin istehsalçısı “Essilor Manufacturing” şirkətidir. Fransa mərkəzli şirkət bankı kibercinayətin qarşısının alınmasında səhlənkarlıq göstərməsi ilə ittiham edir.

Belə ki, “Essilor Manufacturing” şirkətinin Taylanddakı əməkdaşlarından biri 2019-cu ilin sonlarında şirkətin balansından aylıq olaraq 15 milyon və 100 milyon aralığında külli miqdarda pul köçürmələri həyata keçirib. Şirkət bildirib ki, məbləğlərin əvvəlki aylara baxdıqda kəskin artması, yuvarlaqlaşdırılmış məbləğlər olması və eləcə də köçürmələrin ucqar regional banklarda mövcud olan çox kiçikhəcmli şirkətlərin balansına köçürülməsi “JPMorgan” bankında şübhə oyandırmalı və əməliyyatlar bloklanmalı idi.

Qeyd edək ki, yekun olaraq, “Essilor Manufacturing” şirkətinin balansından 272 milyon dollar həcmində vəsait “fraud” köçürmələr vasitəsilə məxaric edilib. Məhkəməyə verilən “JPMorgan” bankı tərəfindən bu barədə hələ ki heç bir açıqlama verilməyib.

Bloomberg

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.