“Bakı Fond Birjası” QSC-də (BFB) “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərrac zamanı hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təminatsız, sənədsiz və adlı istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib.
İstiqrazlara 50 investor tərəfindən ümumi məbləği 1 milyon manat olan 50 sifariş təqdim edilib. Nəticədə qiymətli kağızların hamısı tam həcmdə yerləşdirilib.
İstiqrazların tədavül müddəti 2 il, illik gəlirliliyi isə 15% təşkil edir. Faiz ödənişləri aylıq həyata keçiriləcək.
Hərracın anderrayteri “Troni İnvestisiya Şirkəti” ASC olub.
Qeyd edək ki, istiqrazların tədavüldə olduğu müddət ərzində emitentin qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.