![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Kanadada inflyasiya iyunda özünün pik həddinə çatdıqdan sonra, Mərkəzi Bankın 2%-lik hədəfinə 2024-cü ilə qədər çatmaya bilər. Analitiklər bildirirlər ki, əmək haqqı və icarə kimi daha az dəyişən nüanslar qiymət təzyiqinin əsas mənbələri olaraq enerjinin yerini alır.
BBN.az FoxBusiness.com-a istinadən yazır ki, inflyasiyanı hədəf səviyyəyə çatdırmaq üçün Bank of Canada (BoC) iyul ayındakı tam faiz artımı da daxil olmaqla, faiz dərəcələrini mart ayından bəri 225 baza bənd artıraraq 2.50%-ə çatdırmışdı. Bu, adıçəkilən iqtisadi döngədə G7 ölkələri üçün 1 gündə ən böyük artım hesab edilir.
Bəzi analitiklər isə bildirirlər ki, hədəfə daha yavaş çatması və ehtimal olunan iqtisadi tənəzzül halında Mərkəzi Bank 2023-cü il üçün faiz dərəcələrinin azaldılmasına daha az önəm verə bilər.
Bu ayın əvvəlində isə gözləntilər belə idi ki, Mərkəzi Bank növbəti ən tezi mart ayına qədər faiz dərəcələrini azaldacaq.