0
Kanadada qiymətlərin yüksəlməsindən dolayı “ərzaq bank”larına ehtiyac son dövrlərin ən yüksək həddinə çatıb. BBN.az ölkənin CBC TV kanalına istinadən xəbər verir ki, ehtiyacın artmasına səbəb isə inflyasiyanın davamlı olaraq yüksəlməsidir. Ölkənin Maliyyə naziri isə açıqlamasında qeyd edib ki, “Biz güclü ölkəyik, hesabatlarımız da yaxşıdır, ancaq resurslarımız azdır”. Həmçinin ekspertlərin sözlərinə əsasən tələb artsa da “ərzaq bank”larına yardım edənlərin sayı isə azalmaqdadır.