Home » “Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

by ulviyya
0 comment 0 views 2 minutes read

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 12 iyun 2024-cü il tarixindən başlayaraq 21 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 iyun 2024-cü il tarixində baş tutacaqdır.

Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2010005158

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

İstiqrazın sayı

300,000 (ədəd)

İlkin ticarət qiyməti

100 ABŞ dolları

Buraxılış həcmi

30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

7 il

Anderrayter

“Paşa Kapital  İ.Ş” QSC

Ticarətə buraxılma tarixi

24.06.2024

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.