0 ![](data:image/svg+xml,%3Csvg%20xmlns='http://www.w3.org/2000/svg'%20viewBox='0%200%203%202'%3E%3C/svg%3E)
“Kapital Bank” ASC-nin səhmlərinin BFB-də yerləşdirilməsi həyata keçiriləcəkdir
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
25.08.202088
25 Avqust 2020-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcəkdir və emissiya prospektinə əsasən, yerləşdirilmə 7 (yeddi) iş günü ərzində davam edəcəkdir.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması tarixi | Q/k-ın ilkin ticarət qiyməti | Q/k üzrə illik gəlirlilik dərəcəsi |
1 | AZ3001005157 | İmtiyazlı adlı sənədsiz | 1 614 205(ədəd) | 28.08.2020 | 12.39 manat | 15% |
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.