Home » “Kapital Bank”ın sədrinə birinci müavin təyin edilib

“Kapital Bank”ın sədrinə birinci müavin təyin edilib

by Zeyneb
0 comments 43 views 1 minutes read

“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev “Bir” ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib.

Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib.

O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib.

2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir.

Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb.

2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

2025-ci ildə İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.