Home » Kapital Bank-ın sədrinə müavin təyin olundu

Kapital Bank-ın sədrinə müavin təyin olundu

by Aytac
0 comments 1 views 1 minutes read

Kapital Bank-ın Müşahidə Şurasının qərarı ilə İdarə heyətinə yeni üzv təyin olunub.

Valyuta.az xəbər verir ki, qərara əsasən Cəlal Orucov bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb. O, Kapital Bank-ın Ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək.

Qeyd edək ki, Cəlal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, PAŞA Bank-da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda PAŞA Kapital-da Müşahidə Şurasının üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.