Home » Kapital Bank və “Qırmızı Ürəklər” Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və “Qırmızı Ürəklər” Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Heç kimə sirr deyil ki, Daun sindromlu şəxslər hələ də cəmiyyətə tam inteqrasiya olunmur. Buna əsas səbəb onların hər şeyə sevgi ilə yanaşmaları və çox həssas xarakterə malik olmalarıdır. Amma əslində “Günəş uşaqlar” adlandırılan Daun sindromlu şəxslər, dünyanın müxtəlif yerlərində və bir sıra sahələrdə kifayət qədər uğurlu ola bilirlər.

Onların uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Azərbaycanda isə bu sindroma sahib olan şəxslər hələ də cəmiyyətdən izolyasiya olunmuş formada yaşayır. Yəni problemin əsas çıxış nöqtəsi cəmiyyətin baxış bucağıdır.

Yeni layihə çərçivəsində Kapital Bank və “Qırmızı Ürəklər” fondu, aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm, rəqs, kulinariya və qurama sənəti) təlimlər təşkil etmək üçün vəsait ayıracaq. Həmçinin BirBank mobil tətbiqinin istifadəçiləri 10 aprel 2021-ci il tarixinədək Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ianələr edə bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.