
8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KƏPƏZ BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlamış, 10 təqvim günü davam etmişdir.
AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “KƏPƏZ BOKT” MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2012020809 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. |
| Tədavül müddəti | 24 ay |
| Minimal qiymət | 100 (15.0000%) manat |
| Maksimal qiymət | 100 (15.0000%) manat |
| Kəsmə qiymət | 100 (15.0000%) manat |
| Ortaçəkili qiymət | 100 (15.0000%) manat |
| Reallaşdırılmış həcm | 1,000,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
| İnvestor sayı | 55 |
| Sifariş sayı | 55 |
| Anderrayter | “Troni İnvestisiya Şirkəti” QSC |






