Home » Keyfiyyət informasiya sisteminə yeni funksionallıq əlavə edilib

Keyfiyyət informasiya sisteminə yeni funksionallıq əlavə edilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

“E-keyfiyyet.gov.az” informasiya sistemində yaradılan yeni funksionallıq mənşə sertifikatlarının doğruluğunu yoxlamağa imkan verməklə yerli ixracatçılar üçün idxalçı ölkədə əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan Keyfiyyət informasiya sistemində (E-keyfiyyet.gov.az) yeni funksionallıq istifadəyə verilib.

Belə ki, “E-keyfiyyet.gov.az” üzərindən “Mənşə sertifikatı” alt modulu vasitəsilə bu sertifikatların həqiqiliyini yoxlamaq funksiyası yaradılıb. Artıq Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” bölməsində mənşə sertifikatının nömrəsini, tarixini və hesab-faktura (invoys) nömrəsini qeyd etməklə həmin sertifikatın nüsxəsini görmək və onun doğruluğunu müəyyənləşdirmək mümkündür.

Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də dəstəklənən yeni funksionallıq idxal ölkəsinin gömrük orqanlarının Azərbaycan Respublikasında verilən mənşə sertifikatlarının həqiqiliyi ilə bağlı məlumatlara əlçatanlığının təmin edilməsinə, bununla da yerli ixracatçıların idxalçı ölkədə əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına imkan yaradacaq.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.