“Fişinq halları gündən-günə artmağa və məlumatsız insanları qurbana çevirməyə davam edir”.
BBN.az xəbər verir ki, bu haqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Kiberdələduzların əsas məqsədi vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək olduğu üçün hər zaman müxtəlif üsullara əl atırlar. Bugünkü paylaşımımızda da bir neçə fişinq növləri ilə tanış olacağıq.
Qeyd edək ki, bu kimi mesajlarla qarşılaşdıqda maksimum diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, fərdi məlumatlarınızı qarşı tərəfə ötürməməyi və rəsmi məlumatları aidiyyəti qurumların özündən dəqiqləşdirməyi tövsiyə edirik”, – deyə Xidmətdən bildirilib.