Home » Kibertəhlükəsizlik və “Sberbank”

Kibertəhlükəsizlik və “Sberbank”

by bbnadm
0 comment 0 views 2 minutes read

Kibercinayətlər uzun dövrlərdir ki, davam edən tendensiyadır və bank sektoru da daxil olmaqla bir çox biznes sahələri bu tendensiyanın qurbanına çevrilə bilir. İrlandiya mərkəzli “Accenture”  konsaltinq şirkətinin apardığı araşdırmaya görə, 2019-2023-cü illər arasında bank sektoru birbaşa və ya dolayı olaraq kiber hücumlar səbəbindən 347 milyard dollar həcmində ziyan görəcək.

Digər tərəfdən isə, koronavirus pandemiyasının başlaması və dünya üzrə yayılmasının da kibercinayətlərin dinamikasında müsbət təsiri olub. Belə ki, “VMware” tərəfindən aparılan araşdırmaya görə, pandemiyanın ilk aylarında maliyyə institutlarına həyata keçirilən kiber hücumların sayında 38% artım qeydə alınıb. Bu hücumlara xaker hücumları, viruslar ilə yanaşı, çoxlu sayda fişinq cəhdləri də daxildir.

Təəccüblü deyil ki, Rusiyanın və Şərqi Avropanın ən böyük bankı olan “Sberbank” da geniş həcmdə kiber hücumların hədəfinə çevrilir. Bu barədə, bankın sədr müavini Stanislav Kuzneçov mətbuata verdiyi açıqlamasında bildirib. 13 ildir “Sberbank”ın əməkdaşı olan Kuzneçov açıqlamasında vurğulayıb ki, ümumilikdə Rusiya Federasiyasında son 7 ildə kibercinayətlərin həcmi 46 dəfə artıb və ölkə əhalisi yüz milyardlarla pul itirib.

15 mindən çox ofisə və 110 milyondan çox müştəri bazasına sahib olan “Sberbank” rəqəmsallaşmaya keçidin ilkin dövrlərində kibercinayətlərlə mübarizədə çətinliklə üzləşiblər. Bu səbəbdən, Kuzneçov bankın  IT departamentinin əməkdaşlarının yarısından çoxunu yeniləri ilə əvəzləyib və yeni kibertəhlükəsizlik sisteminə keçidə start verib.

Kuzneçov köklü dəyişikliklərin bankın tarixində ən çətin dövrlərdən biri olduğunu bildirsə də, nəticələrin öz effektivliyini qısa zamanda göstərdiyini vurğulayıb. İlkin olaraq, gücləndirilmiş daxili audit yolu ilə bankdaxili proseslərin kibertəhlükəsizlik səviyyəsi araşdırılıb. Daha sonra, “IBM” şirkəti ilə əməkdaşlıq çərçivəsində bankdaxili proseslər “zənciri” kökdən dəyişilib. Hazırda, “Sberbank”ın kibertəhlükəsizlik mərkəzi süni intellek alqoritmlərindən istifadə etməklə gündəlik 130 milyard potensial risk hadisəsini analiz edə bilir.

Kuzneçov sonda qeyd edib ki, bank 2021-ci ilin başlanğıcından etibarən həyata keçirilən dələduzluq cəhdlərinin 99%-ini dəf edib, 100-dən çox DDoS şəbəkə hücumlarının qarşısını alıb və bununla da, 66 milyard rubl həcmində müştəri vəsaitlərini, eləcə də müştəri məlumatlarını qoruyub.

Məlumat üçün qeyd edək ki, “Sberbank” 2016-cı ildə kibertəhlükəsizlik və IT infrastrukturu həlləri üzrə fəaliyyət göstərən törəmə qurumu, “BI.ZONE” şirkətinin təməlini qoyub.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.