Home » Kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür

Kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür

by yunus
0 comments 0 views 1 minutes read

Son illər ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişafsiyasəti çərçivəsində rəqəmsal inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O qeyd edib ki, rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında geniş imkanlar yaradır:

“Eyni zamanda, rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur.

Bu baxımdan, dövlət orqanlarının, özəl sektorun vəvətəndaşların rəqəmsal təhlükəsizliyə məsuliyyətli yanaşması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir”.

S.Məmmədov deyib ki, hazırda ölkə səviyyəsində dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir:

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş“Rəqəmsal İnkişaf Konsepsiyası” dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsashədəflər kimi müəyyən edilib”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.