Home » Kiçik və Orta Biznes könüllülərinin “Könüllülər ili”nə töhfəsi

Kiçik və Orta Biznes könüllülərinin “Könüllülər ili”nə töhfəsi

by bbnadm
0 comments 0 views 1 minutes read

“Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 6 gənc Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işə qəbul edilib.

Ümumilikdə indiyədək 175 gənc Agentlikdə və struktur bölmələrində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə “KOB könüllüsü” olmuş bir qrup gənc müxtəlif dövlət və özəl müəssisələrdə, 7 könüllü isə KOBİA-da əmək fəaliyyətinə başlayıb.

2020-ci ilin ötən dövründə “KOB könüllüləri”nin təşəbbüsü və iştirakı ilə Bakıda və ölkə regionlarında müxtəlif sosial aksiyalar, maarifləndirmə təbirləri və layihələr həyata keçirilib.

“Könüllülər ili”nə töhfə vermək üçün KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” çap olunub, pulsuz olaraq könüllülərə və gənclərə paylanılıb. Kitab gənclər, könüllülər və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün daha əlçatan olması, geniş auditoriyaya təqdim edilməsi məqsədilə Prezident Kitabxanasının “E-kitablar” bölməsində elektron versiyada yerləşdirlib (http://www.ebooks.az/book_RktYb5zO.html).

Məlumat üçün qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir. Proqrama qoşulmaq və Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın www.smb.gov.az saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.