Home » KİV nümayəndələri üçün mediatur təşkil edilib

KİV nümayəndələri üçün mediatur təşkil edilib

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND)  Salyan rayonunda yerləşən yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasına mediatur təşkil olunub.

AZSTAND-ın baş direktoru İlham Bayramov KİV nümayəndələrinə institutun fəaliyyət istiqamətləri, qəbul olunan yeni standartlar və onların tətbiq sahələri barədə ətraflı məlumat verib.

Mediatur çərçivəsində media mənsubları yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasında taxılın keyfiyyət analizi, tütün məmulatlarında nəmliyin, süddə turşuluğun, duz məhsullarında yodun təyini və digər analizlərin aparılması prosesi ilə əyani tanış olublar.

Bildirilib ki, laboratoriya 2013-cü ildən fəaliyyət göstərir və 2020-ci ildə akkreditasiya attestatı alıb. Akkreditasiya sahəsinə su, alkoqollu və alkoqolsuz içkilər, süd və süd məhsulları, balıq məhsulları və konservlər, heyvan və bitki mənşəli yağlar, un və un məmulatları, bal, ədviyyatlar, qənnadı məmulatları, nişasta, çay və kofe, konserv məhsulları, xörək duzu, ət və ət məhsulları, dənli bitkilər, yemlər, quş əti və yumurta, təzə meyvə və tərəvəz məhsulları, tütün məmulatları və s. daxildir. Laboratoriyada fiziki-kimyəvi və mikrobioloji sınaqlar həyata keçirilir. Qeyd edilib ki, sınaq laboratoriyasının məqsədi ölkədə istehsal olunan, idxal və ixrac edilən, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin verilməsini həyata keçirməklə istehlakçılara yüksək keyfiyyətdə məhsulların təqdim edilməsinə nail olmaqdır.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.