Home » KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilib

KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün müxtəlif tədbirlər və sahəvi görüşlər təşkil edir, elektron xidmətlərdən, mobil tətbiqlərdən istifadə genişləndirilir.

KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadə edən biznes subyektlərinin sayının artması nəzərə alınaraq, KOB evlərində əlavə məlumatlandırma vasitələrinin tətbiqinə başlanılıb. Belə ki, KOB evlərində dövlət dəstəyi mexanizmlərinə dair QR kodlar yerləşdirilib. KOB evlərinə müraciət edən sahibkarlar mobil telefonları vasitəsilə QR kodları oxutdurmaqla “Startap” şəhadətnaməsi, daxili bazar araşdırması, bazarlara çıxışa dəstək, KOB dostları, KOB inkişafı mərkəzləri, qrant müsabiqəsi və s. kimi dəstək və xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər. 

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 11 801 xidmət göstərilib ki, bunun 11 268-i “G2B” və 533-ü isə “B2B” xidmətlərdir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.