Home » “KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü

“KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına başlanılıb. 10 ha ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də dəstək göstəriblər.

Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, həmçinin bu sahənin inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər.

KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.