Home » KOB-ların maliyyələşdirilməsi imkanları müzakirə edilib

KOB-ların maliyyələşdirilməsi imkanları müzakirə edilib

by Aytac
0 comments 2 views 1 minutes read

İslam İnkişaf Bankı Qrupunın Türkiyə Regional Ofisinin direktoru ilə keçirilən görüşdə KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması, bu sahədə alternativ maliyyələşdirmə və əməkdaşlıq imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə sahibkarlığın inkişafına, eləcə də KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri olan KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması, bu sahədə alternativ maliyyələşdirmə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Həmçinin nümayəndə heyəti səfər çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti və burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.