Home » KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb

KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb

by anar
0 comment 0 views 1 minutes read

Sənəddə KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına dəstəyin göstərilməsi üzrə birgə əməkdaşlıq məsələləri nəzərdə tutulur. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda KOB-ların yaşıl keçidi və yaşıl inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.

Memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstək ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.

Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.