
Kiçik və Orta Biznes Agentliyi (KOBİA) startaplara xüsusi dəstək mexanizmi çərçivəsində bu günədək 130 startapa ümumilikdə 2 milyon 500 min manat qrant ayırıb.
BBN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “MyLift” platformasının rəsmi təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, sözügedən tədbir kiçik startap layihələrinin inkişafının bariz nümunəsidir.
Z.Qardaşov qeyd edib ki, növbəti onillikdə Azərbaycanda startap ekosisteminin daha da genişlənəcəyi gözlənilir. O, startapların 3 ilədək vergilərdən azad edilməsinin bu sahəyə marağın artdığını göstərdiyini vurğulayıb.
“Startaplara dəstək bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir”, – deyə o əlavə edib.





