Home » KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb.

Görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, Agentliyin KOB sahəsində xarici təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib, KOBİA-nın ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı vurğulanıb. KOBİA və Palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.