Home » KOBİA ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında görüş keçirilib

KOBİA ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında görüş keçirilib

by anar
0 comments 1 views 1 minutes read

KOBİA ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında keçirilmiş görüşdə Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı KOB-lara dəstək və bu istiqamətdə WIPO ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş direktorunun müavini Hasan Kleyb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb.

Görüşdə Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı KOB-lara dəstək və bu istiqamətdə WIPO ilə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, WIPO BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. Sıralarında 193 ölkəni birləşdirən bu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, ədəbi-bədii əsərlərin və sənaye mülkiyyəti obyektlərinin bütün növlərinin qorunması sahəsində üzv dövlətlərin səylərini birləşdirir və əqli mülkiyyətin inkişafına dəstək verir. Azərbaycan 1995-ci ildən WIPO-nun üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.