Home » KOBİA İtaliyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatlarında görüşlər keçirib

KOBİA İtaliyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatlarında görüşlər keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin İtaliyaya səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İtaliyanın Beynəlmiləlləşdirmə Agentliyinin (“Promos Italia”) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafında KOB-ların rolunun artırılması önəmlidir və bu sahədə hər iki ölkə böyük potesiala malikdir. KOB sektorunda “Promos Italia” ilə əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə KOB-lara xidmət sahəsində təcrübə, hər iki ölkənin investisiya potensialına və birgə layihələrə dair məlumat mübadiləsinə, İtaliya sahibkarlarının Azərbaycanda keçiriləcək sərgilərdə iştirakına, KOB-lar üçün birgə əməkdaşlıq platformasının yaradılmasına dair təkliflər səsləndirilib.

İtaliyanın Milli Mikrokredit Agentliyində təşkil olunmuş görüşdə isə KOB-ların maliyyələşdirilməsi alətlərinə dair birgə vebinarların keçirilməsinə, innovativ mikromaliyyə alətləri ilə bağlı təşkilatın təcrübəsinin öyrənilməsinə, qurumun nümayəndəsinin Bakıda təşkil olunacaq tədbirdə müvafiq mövzuda təqdimatla çıxışına dair müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.