Home » KOBİA İtaliyanın müvafiq qurumlarında görüşlər keçirib

KOBİA İtaliyanın müvafiq qurumlarında görüşlər keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Romada keçirilmiş İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında təmsil olunub.

İki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib. Qeyd olunub ki, Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafı, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, müəssisələrə baxış və təlimlərin təşkili, birgə innovativ layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətli olacaqdır.

Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sergio Arzeni və baş katibi Giovanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, Agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, INSME və İtaliyanın digər müvafiq qurumları ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvülüyünə dair müzakirələrin aparıldığı görüşdə həmçinin, INSME-nin tədbirlərində Agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, potensial layihələr barədə məlumat mübadiləsi və digər mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.