Home » KOBİA “Məşğulluq marafonu”na qoşulub

KOBİA “Məşğulluq marafonu”na qoşulub

by bbnadm
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub.

Bu məqsədlə KOBİA tərəfindən mövcud və yeni yaradılacaq vakant iş yerləri barədə məlumatların müvafiq elektron sistemə daxil edilməsi üçün sahibkarlara müraciət olunub. Artıq KOBİA-nın çağrışı ilə 200-ə yaxın sahibkarlıq subyekti 340-dan çox vakant iş yerini qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin məşğulluğuna dəstək üçün təqdim edib. Hazırda sahibkarlar tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi davam etdirilir.

Həmçinin, Agentlikdə yaradılacaq iş yerləri barədə məlumatlar şəhidlərimizin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün müvafiq elektron sistemə daxil ediləcəkdir. Qeyd edək ki, bu yaxınlarda Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.