Home » KOBİA-nın aqrobiznesə dəstəyi barədə məlumat verilib

KOBİA-nın aqrobiznesə dəstəyi barədə məlumat verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Noyabrın 24-də Bakıda “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqrobiznes sahibkarlarının təşviqi” layihəsinə dair konfrans keçirilib.

Konfransdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aqroturizm fəaliyyətinin genişləndirilməsinin regionlarda məşğulluğun təmin olunması və dayanıqlı gəlir mənbəyi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Bildirilib ki, aqroturizm sahəsində fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən bir sıra dəstək və xidmətlər göstərilir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə qrantların verilməsi, təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar. Müxtəlif regionlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində təlimlər və məsləhət xidmətlər ödənişsiz əsasda həyata keçirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.