Home » KOBİA-nın “Könüllülər ili”nə töhfəsi: “Könüllünün öz/əl kitabı” nəşr olunub

KOBİA-nın “Könüllülər ili”nə töhfəsi: “Könüllünün öz/əl kitabı” nəşr olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. “Könüllülər ili”nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və “KOB könülllüləri”nin təşəbbüsü ilə “Könüllünün öz/əl kitabı” nəşr edilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.

13 min tirajla nəşr olunmuş “Könüllünün öz/əl kitabı” könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir.

Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq “Könüllünün öz/əl kitabı” 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır və satıla bilməz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.