Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər - BBN

KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

“AIM Congress” çərçivəsində təşkil olunmuş panel müzakirədə KOBİA tərəfindən Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri, KOB-ların yaşıl keçidi üçün görülən tədbirlər barədə məlumat verilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər. “AIM Congress” çərçivəsində təşkil olunmuş “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-lar üçün yaradılmış imkanlar və dəstək alətləri barədə məlumat verib. Həmçinin, KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dair fikirlərini bölüşən KOBİA sədri bu sahədə Agentlik tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”, eləcə də özəl sektorda ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üçün aparılan aktiv iş barədə danışıb.

KOBİA nümayəndələri “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edən “CLIMASEL” startap komandasının stendində də olub, gənclərlə layihəyə xarici investorların marağına dair fikir mübadiləsi aparıblar. Qeyd edək ki, KOBİA tərəfindən “AIM Congress”ə göndərilmək üçün yerli startaplar arasında Milli Tur keçirilib və müsabiqədə binalar üçün ağıllı panel istehsalı layihəsi olan “CLIMASEL” qalib gəlib. Startap layihənin müəllifləri Bakı Ali Neft Məktəbinin tələbələridir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Tacikistanın İnvestisiya Agentliyinin direktoru Dilşod Jurazoda, Qvineya Ticarət Palatasının vitse-prezidenti İbrahima Diane, Keniya İnvestisiya Təşkilatının baş direktoru Con Mvendva və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Mansurjon Rasulev ilə görüşüblər. Görüşlərdə birgə əməkdaşlıq imkanlarına, sahibkarlıq sahəsində təcrübə mübadiləsinə, KOB-lar arasında ticarət və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Related posts

Dövlət Agentliyinin rəhbərliyi Türkiyədə rəqabət sahəsində keçirilən beynəlxalq vorkşopda iştirak edib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Bişkek Beynəlxalq Maliyyə Forumu (BIFF 2026) keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı