Home » KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında keçirilən Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak edib

KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında keçirilən Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak edib

by anar
0 comments 0 views 1 minutes read

Forumda KOBİA tərəfindən ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan və Səudiyyə Ərəbistanının sahibkarları arasında əməkdaşlıq imkanları barədə məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanının Arar şəhərində keçirilən Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak ediblər. 

Forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uğurlu iqtisadi əlaqələrin mövcud olduğunu, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurası hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması, sahibkarların təşəbbüslərinin dəstəklənməsi üçün yeni imkanlar yaradır. Mövcud potensialın real layihələrə çevrilməsi üçün “B2B” əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin təşviqi və institusional əməkdaşlığın dərinləşdirilməsi də vacibdir. KOBİA Səudiyyə investorlarına Azərbaycanda biznesin qurulması və inkişafı üçün mandatı çərçivəsində dəstək göstərməyə hazırdır.

Forum çərçivəsində KOBİA Şimal Sərhəd Əyalətinin qubernatoru, şahzadə Faysal bin Xalid bin Sultan Əl Səud, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih, Ər-Riyad Ticarət və Sənaye Palatasının baş direktoru Abdallah Obeikan və Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurasının həmsədri Mehdi Hadi Alhatban ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi, KOB-ların iştirakı ilə yeni investisiya və tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.