Home » KOBİA son vəziyyətlə bağlı “Wolt Azərbaycan” şirkəti ilə görüşüb

KOBİA son vəziyyətlə bağlı “Wolt Azərbaycan” şirkəti ilə görüşüb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) son günlər “Volt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə görüş keçirilib.

Bu barədə BBN.az-a KOBİA-dan bildirilib.

Görüşdə son bir neçə gün ərzində şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb, məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.

Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daima sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində biznes subyektlərinə dəstək göstərir.

Bildirilir ki, mövcud vəziyyətlə bağlı KOBİA şirkətin qanuni maraqlarının qorunmasına, yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır: “Eyni zamanda istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin diqqətdə saxlanılması da şirkət rəhbərliyinin diqqətinə çatdırılıb”.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.