Home » KOBİA: “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir”

KOBİA: “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər: “Sosial sahibkarlıq sahəsində məlumatlıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, təlimlər, mediada məlumatlandırma kampaniyaları, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər”.

Orxan Məmmədov hesab edir ki, həmçinin, qadın sosial sahibkarın sosial bizneslərin daha effektiv şəkildə idarə edilməsi üçün bir-birindən öyrənməsi, yeni bilik və bacarıqlar əldə etməsi zəruridir: “Qadın sahibkarların cəmiyyətdə rolunun vurğulanması məqsədilə qadın sosial sahibkarlar arasında şəbəkələşmə və ictimai təşviqat tədbirlərinin keçirilməsi əhəmiyyətlidir”.

Report

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.