Home » KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan və Qazaxıstanın KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi nəzərdə tutulur.

BBN.az İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bunlar, ötən gün qurumun Qazaxıstanın Xarici Ticarət Palatası ilə imzaladığı Anlaşma Memorandumunda öz əksini tapıb.

Sənədi Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.

Memorandum həmçinin ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələləri nəzərdə tutur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.