KOBİA və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının görüşündə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə birgə tədbirlərin təşkili və əməkdaşlıq imkanları müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilə görüşüb.
Görüşdə ölkəmizdə sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqinə, KOB-ların sərgilərdə iştirakına, biznes dairələri arasında əlaqələrin genişlendirilməsi üçün tədbirlərin təşkilinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.