Home » KOBİA və “British Council” əməkdaşlıq imkanlarını müzakirə edib

KOBİA və “British Council” əməkdaşlıq imkanlarını müzakirə edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “British Council”ın Azərbaycan üzrə direktoru Summer Xia arasında görüş keçirilib.

Görüşdə Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına göstərilən dəstək, KOBİA-nın fəaliyyəti, Agentliyin sahibkarlıq subyektlərinə göstərdiyi təlim və məsləhət xidmətləri, o cümlədən qurumun strukturuna daxil olan KOB inkişafı mərkəzlərinin (KOBİM) işi barədə məlumat verib. 

“British Council”ın Azərbaycan üzrə direktoru Summer Xia təşkilatın dəstəklədiyi proqramlar çərçivəsində gənc sahibkarların işgüzar bacarıqlarının inkişafı istiqamətində görülən işlər, bu sahədə KOBİM-lərlə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə KOBİM-lərlə birgə sahibkarlar üçün təlim proqramlarının təşkilinə, startapların dəstəklənməsi istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.