0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib.
Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşu və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstək barədə müzakirələr aparılıb.