Home » KOBİA və Rostov vilayətinin İxraca Dəstək Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və Rostov vilayətinin İxraca Dəstək Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

by bbnadm
0 comments 0 views 0 minutes read

Martın 4-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum keçirilib.

Biznes forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rostov vilayətinin İxraca Dəstək Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən tərəflər sahibkarlıq sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixracyönümlü KOB-ların dəstəklənməsi üçün müxtəlif tədbirlərin təşkili, turizm, logistika, ticarət, xidmət, kənd təsərrüfatı, sənaye, tikinti, İKT sahələrində birgə layihələrin reallaşdırılması və s. sahələrdə əməkdaşlıq edəcəklər.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.