Home » KOBİA və Rusiyanın müvafiq təşkilatları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb

KOBİA və Rusiyanın müvafiq təşkilatları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

KOBİA ilə Stavropolun Ticarət və Sənaye Palatası və “Qafqaz.RF” SC arasında imzalanmış anlaşma memorandumları iş adamları arasında əlaqələrin genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi məqsədi daşıyır. 

Rusiya Federasiyasının Stavropol vilayətinin Mineralnı Vodı şəhərində keçirilən XII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın müvafiq qurumları arasında iki sənəd imzalanıb.

Azərbaycan və Stavropolun kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət və investisiya əməkdaşlığını təşviq etmək məqsədilə KOBİA və Stavropolun Ticarət və Sənaye Palatası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, işgüzar missiyaların təşkili, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

KOBİA və Rusiyanın “Qafqaz.RF” Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumunda isə KOB-ların dəstəklənməsi üçün qarşılıqlı məlumatlandırma, KOB-lar arasında əlaqələrin qurulmasına və inkişafına köməyin göstərilməsi, birgə layihələrin və investisiya təşəbbüslərinin reallaşdırılması üçün işgüzar dairələrə dəstək və s. istiqamətlərdə əməkdaşlıq tədbirləri öz əksini tapıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.