Home » KOBİA və TESK arasında görüş keçirilib

KOBİA və TESK arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken ilə görüşüb.

Türkiyənin kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini və uğurlarını qeyd edən O.Məmmədov ölkəmizdə də bu sahənin dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib. Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı vurğulanıb. Azərbaycanda da müxtəlif sektorlar üzrə sahibkarların ictimai birlikləri, eləcə də KOBİA yanında 15 QHT və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şuranın fəaliyyət göstərdiyi və bu təşkilatların KOB-ların təşkilatlanmasında əhəmiyyəti diqqətə çatdırılıb.

KOBİA sədri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verib, həmçinin İzmirdə baş vermiş zəlzələdən təəssüfləndiyini bildirib.

Görüşdə ölkə regionlarında TESK və biznes assosiasiyalarla birgə layihələrin, o cümlədən sosial sahibkarlıq sahəsində layihələrin həyata keçirilməsi, kiçik sahibarların reyestrinin yaradılmasında TESK təcrübəsinin öyrənilməsi və KOB-ların fəaliyyətinin dəstəklənməsi üzrə birgə təşəbbüslər müzakirə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.