0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ-a işgüzar səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratorunun müavinləri Aleksandr Sokolovski və Harry Bader ilə görüşüb.
USAİD-in baş ofisində keçirilmiş görüşdə təşkilat və KOBİA arasında əməkdaşlığa və KOB-lara dəstək məqsədilə birgə layihələrin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.