Home » KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirildi

KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İyunun 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının   və biznes assosiasiyaların rəhbərlərinin, KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda şuranın fəaliyyəti və növbəti müddətdə görəcəyi tədbirlər müzakirə edilib.

İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə KOBİA yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Agentlik yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.

Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib. 

İclasda gündəlikdə olan məsələlərə, eləcə də Agentliyin fəaliyyətinə və KOB-lara göstərilən dəstək mexanizmlərinə dair müzakirələr aparılıb, ayrı-ayrı sektorları təmsil edən şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari şuranın katibi seçilib. 

Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.