Home » KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar

KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sıralarında 15 vətəndaş cəmiyyəti institutunu və biznes assosiasiyaları birləşdirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar.

KOB evinin fəaliyyəti ilə tanışlıq zamanı İctimai Şura üzvlərinə məlumat verilib ki, burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir. KOB evində sahibkarlara “G2B” və “B2B” xidmətlər göstərilməklə yanaşı, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları fəaliyyət göstərir. Dövlət qurumları və özəl şirkətlər tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verir.

KOBİA yanında İctimai Şurada təmsil olunan biznes assosiasiyaların rəhbərləri “Bakı KOB evi” barədə assosiasiya üzvlərinin məlumatlandırılacağını, KOB evinin xidmətlərindən fəal istifadə edəcəklərini qeyd ediblər.

Sonra KOBİA yanında İctimai Şuranın üzvləri üçün KOBİA-nın yerlərdə sahibkarlara dəstək və xidmət göstərən KOB dostu şəbəkəsinin fəaliyyətinə və 2022-ci ildəki fəaliyyətinə dair təqdimat keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.