Home » KOBİA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

KOBİA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dekabrın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yeni tərkibdə formalaşmış Agentlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması və sahibkar məmnunluğunun təmin olunması baxımından ictimai məsləhətləşmələrə önəm verdiyini bildirib. Qeyd olunub ki, KOBİA bu sahədə İctimai Şura ilə sıx əməkdaşlıqda maraqlıdır. Agentlik ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, KOBİA-nın dəstək mexanizmləri barədə sahibkarların ətraflı məlumatlandırılması və bu alətlərdən istifadənin təşviqi İctimai Şuradan gözləntilər sırasındadır.

Görüşdə şura üzvlərinin Agentlikdən gözləntiləri və təklifləri dinlənilib, 2023-cü ildə şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, KOBİA yanında İctimai Şuranın yeni tərkibdə formalaşdırılması məqsədilə 2022-ci ildə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, KOBİA yanında İctimai Şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.