Home » Kocaeli Ticarət Palatasının nümayəndələri KOBİA-da olublar

Kocaeli Ticarət Palatasının nümayəndələri KOBİA-da olublar

by bbnadm
0 comments 0 views 1 minutes read

Türkiyənin Kocaeli Ticarət Palatasının nümayəndələri Azərbaycana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

Kocaeli Ticarət Palatasının İdarə Heyətinin sədri Necmi Bulutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təşkil olunmuş görüşdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB-lar arasında ticarət əlaqələrinin qurulması və inkişafı üçün Agentlik ticarət palataları ilə əməkdaşlığa önəm verir, bu sahədə müxtəlif ölkələrin, xüsusilə də Türkiyənin ticarət palataları ilə əməkdaşlıqda maraqlıdır.  

Görüşdə ölkəmizdə kiçik və orta sahibkarlıq sahəsində görülən işlər, dəstək tədbirləri və Agentliyin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, palata ilə birgə əməkdaşlıq və biznes ictimaiyyətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.