Home » KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də

by bbnadm
0 comments 0 views 1 minutes read

13 aprel 2021-ci il tarixində KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə yeni təyin olunmuş direktoru Moon Jong Hyun “ASAN xidmət” və Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) olub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”  in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 43 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxs və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.

Görüş zamanı Dövlət Agentliyi ilə KOICA arasında həyata keçirilmiş layihələr, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq  Dövlət Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.