Home » Kolumbiyanın ölkəmizdəki səfiri KOBİA-da olub

Kolumbiyanın ölkəmizdəki səfiri KOBİA-da olub

by bbnadm
0 comments 0 views 1 minutes read

Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. 

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, Kolumbiyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin, qeyd olunub ki, Azərbaycanda iş qurmaq və ya yerli sahibkarlarla ortaq müəssisə yaratmaq istəyən xarici investorlar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək üçün Agentliyə müraciət edə bilərlər. 

Səfir Luis Antonio Dimate Kardenas KOB sektorunda əməkdaşlığın önəmini vurğulayıb, bu istiqamətdə Agentlik və Kolumbiyanın müvafiq təşkilatları arasında əlaqələrin qurulmasına dəstək göstəriləcəyini bildirib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.