Home » Kommersiya qurumlarının 78,7 faizi elektron qaydada qeydiyyata alınıb

Kommersiya qurumlarının 78,7 faizi elektron qaydada qeydiyyata alınıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2023-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.409.597 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən kommersiya qurumlarının sayı 10,5 faiz artıb.

Yanvarayı ərzində 1.237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 faizi elektron qaydada, 21,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 86,7 faizi yerli investisiyalı, 13,3 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,2 faiz təşkil edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.